Kənd təsərrüfatı naziri Heydər Əsədov yanvarın 26-da Quba Rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının sakinləri ilə görüşəcək.
Nazirlikdən SİA-ya bildiriblər ki, görüşdə iştirak etmək istəyənlər Kənd Təsərrüfatı Nazirliyinə (012-493-51-64; 050-352-06-27) və Quba Rayon Kənd Təsərrüfatı İdarəsinə (050-205-25-75) müraciət edə bilərlər.
Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi” (1652) və elektron poçtu ([email protected]) vasitəsilə də qeydiyyatdan keçmək olar.
Bütün xəbərlər Facebook səhifəmizdə