İspaniyanın Valensiya şəhərində çıxan yerli “Las provincias” qəzetində 20 Yanvar faciəsinə həsr olunan məqalə dərc edilib.
Azərbaycanın İspaniyadakı səfirliyinin dəstəyi və yerli iş adamı Mübariz İbrahimovun təşəbbüsü ilə dərc edilən məqalədə 1990-cı il 20 Yanvar hadisələrinin dəhşətləri əks olunub.
Məqalədə sovet qoşunlarının həmin hadisələr zamanı 7-si uşaq olmaqla 150-yə yaxın dinc sakini qətlə yetirdiyi, 744 nəfəri yaraladığı qeyd edilib. Məqalə oxucular tərəfindən maraqla qarşılanıb.(AZƏRTAC)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB