Bir sıra qəsəbələrdə su kəsildi

Bir sıra qəsəbələrdə su kəsildi

Bakının bir sıra qəsəbələrində suyun verilişində fasilə yaranıb. "Azərsu" ASC-dən SİA-ya verilən məlumata görə, magistral su kəmərində aparılan təmir işləri ilə əlaqədar Xocahəsən qəsəbəsində, eləcə də Sulutəpə və Biləcəri qəsəbələrinin bir hissəsində içməli suyun verilişində fasilə yaranıb. Fasilə sabah günün birinci yarısına qədər davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə