Ölkə bazarlarında aşkarlanan 514 kq yarasız məhsul məhv edildi

Ölkə bazarlarında aşkarlanan 514 kq yarasız məhsul məhv edildi
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən monitorinqlər zamanı yararsız məhsullar aşkarlanıb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, monitorinqlər zamanı Bakının Nizami rayonunda C.Naxçıvanski küçəsində Aydın Namazov və Rauf Hüseynova məxsus mağazalarda, C.Naxçıvanski küçəsindəki "Bizim market" , "Nigar market", "Halal market" və "Nurlan market"də, Q.Qarayev prospekti, 815 ünvanında yerləşən "İdrak market"də, R.Rüstəmov küçəsi, ev 36 ünvanındakı "Nübar market"də, B.Nuriyev küçəsi, ev 1 ünvanında Bəhruz Sultanova məxsus mağazada, B.Çobanzadə küçəsi, ev 105 ünvanında Anar Sadıqova məxsus mağazada, Xətai rayonunda General Şıxlinski küçəsində yerləşən Müşviq Çobanov, Mirhüseyn Sadıqov və Gülnarə Əhmədovaya məxsus mağazalarda, S.Mehmandarov küçəsində yerləşən "Avand market" və "Sev-al market"də, X.Məmmədov küçəsi ilə M.Hadi küçəsinin kəsişməsində Nurlan Məmmədova məxsus mağazada, Göygöl şəhərində A.Kazımov küçəsində Vaqif Əhmədova məxsus mağazada, Gədəbəy rayonunda Qara Məmmədli kəndində Hafiz Əmiraslanova məxsus mağazada, S.Vurğun küçəsində "Dadaş" MMC-yə məxsus mağazada, Cəlilabad rayonunda Bakı-Astara şossesində Abdulrəhman Məmmədova məxsus mağazada, Xaçmaz şəhərində Xaçmaz-Xudat yolunda Leyla Xudaverdiyevaya məxsus mağazada, Ağdam rayonunda Xındırısdan kəndində Qızılgül Heydərovaya məxsus mağazada ümumi çəkisi 514 kq olan saxlama müddəti ötən və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları, o cümlədən qənnadı məhsulları, süd və süd məhsulları, kolbasa, yağlar, un məmulatları, konservləşdirilmiş məhsullar, sərinləşdirici içkilər, meyvə şirələri, pivə və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol verən şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq. İstehlakçılardan istifadə müddəti ötən, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə