Azərbaycanın Tacikistana yeni təyin edilmiş fövqəladə və səlahiyyətli səfiri Həsən Məmmədzadə etimadnaməsinin surətini Tacikistanın xarici işlər naziri Siracəddin Aslova təqdim edib. Siracəddin Aslov Həsən Məmmədzadəni səfir təyin olunması ilə bağlı təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə Azərbaycan ilə Tacikistan arasında siyasi, ticarət-iqtisadi, mədəni-humanitar və digər sahələrdə əlaqələrin indiki vəziyyəti və perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb, beynəlxalq məsələlər müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB