Masallıda iki uşaq anası övladlarını ataraq evdən qaçıb VİDEO

Masallıda iki uşaq anası övladlarını ataraq evdən qaçıb. O, ailəsinə məktub yazaraq, gedib intihar edəcəyini bildirib.

SİA-nın cənub bürosuna əsasən verdiyi məlumata görə, Masallı rayonunun Böyük Təklə kənd sakini 25 yaşlı Yeganə Məmmədova yanvarın 11-də məktub yazaraq evdən qaçıb. Onun 5 yaşlı Zəhra və 6 yaşlı Fatimə adlı iki qızı var. Valideynlərinin sözlərinə görə, Yeganə Məmmədova 2010-cu ildə həmin kənd sakini Mehdi Rafiq oğlu Məmmədov ilə ailə həyatı qurub. Lakin, onların ailəlikləri uğurlu olmayıb və 2013-cü ildə ayrılıblar. O, vaxtdan qızları ilə birgə atasının evində yaşayan Yeganə Məmmədova evdən gedərkən məktub yazıb. Yazdığı məktubda isə valideynlərinə layiqli övlad olmadığını səbəb gətirərək, gedib başqa bir yerdə intihar edəcəyini bildirib. Ailəsinin aldığı ilkin məlumata görə, o Bakı şəhərinə üz tutub.

Filqət Abbasovun əldə etdiyi son məlumata görə, Biləsuvar rayonunda maşına daha bir qadın minib. Yeganə Məmmədova da Bakının Əhmədli qəsəbəsinə getməyərək, həmin qadınla birgə 20 Yanvar ərazisində düşüb. Bu Yeganə Məmmədovanın hansı istiqamətə getdiyi haqda əldə olunan son məlumatdır. Hazırda onun valideynləri bir neçə gündür qızlarını axtarır.

Faktla bağlı Daxili İşlər Nazirliyinin 102 çağrı mərkəzinə məlumat verilib. Hazırda faktla bağlı araşdırma aparılır.

Müəllif: Mamed Bağırov

Bütün xəbərlər Facebook səhifəmizdə