Bu gün YAP Gənclər Birliyi Qaradağ rayonundakı Heydər Əliyev Mərkəzində YAP Qaradağ rayon təşkilatının gənclər birliyi və rayon qadınlar şurası ilə birlikdə "Qəhraman qadınlar" adlı tədbir keçirib. SİA-nın verdiyi məlumata görə, tədbiri giriş sözü ilə YAP Qaradağ rayon təşkilatı gənclər birliyinin sədri Ramiz Yusubov açıb.
R.Yusubov bildirib ki, Azərbaycan tarixi təkcə oğullarımızın deyil, qəhrəman qadınlarımızın da şücaəti ilə zəngindir. Onların arasında diplomatlar, hökmdarlar, hətta sərkərdələr, döyüşçülər də olub. Böyük Vətən müharibəsində alman faşizmi üzərində Qələbəyə qəhrəman Azərbaycan qızları da öz töhfələrini veriblər. Çünki onlar qədim qəhrəmanlıq ənənəsinə malik bir xalqın qızları idilər. Bu qəhrəmanlıq salnaməmizə bu gün də yeni-yeni səhifələr yazılır. Erməni qəsbkarları 1988-ci ildən torpaqlarımıza təcavüz etməyə başladıqları andan bu günədək Azərbaycanın qəhrəman qızları igid oğullarımızla çiyin-çiyinə torpaqlarımızın bütövlüyü uğrunda mübarizə aparırlar.
Qəhrəman qadınlar lahiyəsinin rəhbəri və YAP gənclər birliyi ofisinin kardinatoru Aliyə Orucova çıxış edərək qadınlarımızın cəmiyyətdə rolundan danışıb, onların mərdliyindən, ərləri, qardaşları ilə birlikdə, çiyin-çiyinə Vətənin azadlığı, istiqlalı uğrunda döyüşdüklərindən söhbət açıb. Qeyd edib ki, qəhrəman xalqımız yazdığı şücaət dastanında baş rolun analara məxsus olduğunu unutmur.
Tədbirdə çıxış edən digər natiqlər - YAP Qaradağ rayon qadınlar şurasının sədri Hicran Xəlilova, YAP Gənclər Birliyi ofisinin kardinatoru Cəbrayıl Fərzəliyev, YAP Gənclər Birliyinin sədr müavini Vüsal Yusifov, YAP gənclər birliyinin üzvü Könül Əhmədova və digər fəal gənclər qadınların qəhrəmanlığından söhbət açıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB