Lənkəranda manyak peyda olub VİDEO

Lənkəranda manyak peyda olub VİDEO

Lənkəran rayonunun Liman şəhərində iki qadının döyülməsin ardınca daha iki döyülmə faktı qeydə alınıb. SİA-nın Lənkəran bürosuna əsasən verdiyi məlumata görə, bunlardan biri 16 yaşlı Heybət Rüfət oğlu Abdullayevdir. O, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər tərəfindən ilkin tibbi yardım göstərilən gəncin vəziyyətinin ağır olduğu bildirilir. Həmin ərazidə evində döyülən digər bir nəfər isə 50 yaşlı Nəcəfqulu Şükür oğlu Həsənovdur. Naməlum şəxs onun yaşadığı evinə girərək Nəcəfqulu Həsənova basqın edərək xəsarətlər yetirib. Cinayətkar ona kəsici alətlə başından və qol nahiyəsindən zərbələr endirib. Kəsilmiş-deşilmiş yaralarla xəsarət alan Nəcəfqulu Həsənov təcili tibbi yardımın həkimlərinin köməyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona tibbi yardım göstərildikdən sonra vəziyyəti normal olduğundan evə buraxılıb.

Qeyd edək ki, iki gün əvvəl də Liman şəhəri ərazisində 68 yaşlı Humay Qarayeva və onun qızı 45 yaşlı Samirə Miriyeva döyülüb. Onlardan Samirə Miriyeva aldığı xəsarətlərdən xəstəxanada keçinib. Humay Qarayevanın vəziyyəti isə ağır olaraq qalır. Hər iki faktla bağlı araşdırma aparılır.

Müəllif: Mamed Bağırov

Bütün xəbərlər Facebook səhifəmizdə