İş axtaranların nəzərinə!
Iş axtaran, inkişaf etmək arzusunda olan gənclər üçün yeni karyera imkanları davam edir. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, yeni fəaliyyətə başlayan Cvcenter.az internet portalının missiyası Azərbaycan mühitində ən effektiv və rahat vasitə hesab olunan internet personal yığımını təşkil etməklə, işə götürənlərə və iş axtaranlara ən əlverişli həll yollarını təklif etməkdir.

Saytın məşğulluq sahəsinə yenilik gətirən üstünlüklərindən biri, vakansiya elanının hər hansı bir administratora göndərilmədən müəssisə və ya təşkilat tərəfindən tələb olunan bölmələr doldururmaqla, iş elanları bölməsində dərc olunmasıdır. Eyni zamanda istifadəçilər, xüsusilə işçi axtaranlar bu portalda olan CV bazasından istifadə edə bilir, iş axtaranlar isə sahələr və şəhərlər üzrə yeni vakansiyalar barədə xəbərdar olurlar. Bu saytda hesab açmaq ən sadə formadadır. Burada yaratdığınız aktiv CV-lər yalnız işəgötürənlər tərəfindən görünür. Yaradılan yeni vakansiyalar isə avtomatik olaraq, CV kateqoriyalarına görə birbaşa CV yaradanların hesablarına göndərilir. Həmçinin yaradılan CV və vakansiyalar istənilən vaxt aktiv və deaktiv oluna bilər.

CVcenter.az internet portalı CVC-Azərbaycan və CVC- Estoniya şirkətləri tərəfindən idarə olunur. CVC-Azərbaycanın idarə etdiyi www.cvcenter.az internet portalı Gəncə şəhərində fəaliyyət göstərən "Gələcəyə Körpü" Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilən Gənclərin Məşğulluq Resurs Mərkəzi layihəsi çərçivəsində ərsəyə gəlib. Gənclərin Məşğuluq Resurs Mərkəzi layihəsi Avropa Komissiyası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyələşdirilir. CVC-Estoniya isə portalın yaradılması üçün Avropa Sosial Fondu tərəfindən maliyyə dəstəyi alıb.Yaradılan www.cvcenter.az internet portalının məqsədi Azərbaycanın hər bir bölgəsində yaşayan gənclərin və ümumilikdə əhalinin məşğulluğunun artırılmasına xidmət etməkdir.

Hazırda saytın təbliğatı davam edir və yeni yaradılan bu saytda artıq müəyyən baza formalaşıb. Azərbaycanın müxtəlif regionlarında mövcud olan vakansiyalar və CV-lər yerləşdirilib. Bu portaldan hər kəs asanlıqla istifadə edə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə