""Səs" qəzeti müasir Azərbaycan tarixində son dərəcə mühüm missiya yerinə yetirmiş mətbuat orqanıdır. Bu missiya ölkəmizin müstəqilliyinin əldə edilməsi, dövlətçiliyimizin möhkəmlənməsi baxımından təkrarsız və bənzərsizdir, əsl fədakarlıq nümunəsidir. Məhz buna görə də, nəşr geniş oxucu auditoriyası tərəfindən sevilibdir". Bunu Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov "Səs" qəzetinin 27-ci ildönümü ilə bağlı qəzetin baş redaktoru Bəhruz Quliyevə göndərdiyi təbrik məktubunda qeyd edib.
Ə.Amaşov bildirib ki, ötən 27 ilin təhlili göstərir ki, "Səs" öz ənənələrinə sadiqdir: "Nəşrin əldə etdiyi ən böyük uğur isə dövlətçiliyimizə, Ulu Öndər Heydər Əliyev ideyalarına sadiqliyi peşəkar jurnalistika prinsipləri ilə çulğalaşdırmaqdan, ali dəyər və prinsiplərini parlaq yaradıcılıq dəst-xəttinə çevirərək, inkişaf etdirməkdən ibarətdir. Bu səbəbdəndir ki, nəşr nəinki öz oxucularının sevimlisidir, bütövlükdə, Azərbaycan cəmiyyətində qəbul edilən mətbuat orqanıdır. "Səs" qəzetinin rəhbərliyini və əməksevər kollektivini nəşrin fəaliyyətə başlamasının 27 illiyi münasibəti ilə ürəkdən təbrik edirəm. İnanıram ki, bu qəzetdə çalışan həmkarlarım gələcək yaradıcılıq uğurları ilə "Səs"in daha yüksək zirvələr fəth etməsinə özlərinin layiqli töhfələrini verəcəklər. Bu işdə onların hər birinə möhkəm can sağlığı arzulayıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB