Azərbaycanlı həkimlər Ürək və Damar Cərrahiyyəsi Dərnəyinin XI Ulusal Konqresində iştirak edəcəklər
27-31 oktyabr Antalyada Türkiyə Ürək və Damar Cərrahiyyəsi Dərnəyinin XI Ulusal Konqresi keçiriləcək. SİA-nın xəbərinə görə, konqresdə ürək və damar cərrahiyyəsinin əsas mövzularının müzakirə edilməsi ilə yanaşı, bu sahədəki son nailiyyətləri də təhlil olunacaq. Konqres zamanı EACTS, ESVS və WSCHS kimi beynəlxalq ürək-damar cərrahiyyəsi cəmiyyətlərindən önəmli mütəxəssislərin iştirak edəcəyi simpoziumlar, Texas Ürək İnstitutunun nümayəndələri ilə görüşlər keçiriləcək. 5 gün davam edəcək konqres ödənişlidir.
Konqres ərəfəsində Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətilə Türkiyə Ürək və Damar Cərrahiyyəsi Dərnəyinin İdarə Heyətləri arasında razılaşma əldə edilib. Razılaşmaya görə, konqresdə iştirak edəcək AÜDCC üzvlərinin qeydiyyat və otel xərcləri təşkilatçılar tərəfindən ödəniləcək. Bunun üçün AÜDCC-ni təmsil edəcək iştirakçıların Cəmiyyətimizə üzv olduqlarına dair arayış təqdim etmələri kifayət edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB