Astanada qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq hava limanı bağlanıb. SİA-nın xəbərinə görə, bu barədə Mülki Aviasiya Komitəsinin mətbuat xidməti (CGA) öz "Facebook" səhifəsində qeyd edib edib.
"Astanada yerləşən "Nursultan Nazarbayev" beynəlxalq hava limanı uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə yerli saatla 13:00-a qədər bağlıdır"- deyə, sosial şəbəkədə bildirilib.
Sərnişinlərə hava limanına getməzdən əvvəl uçuşları ilə bağlı dəqiq məlumat almaq məsləhət olunur.
Qeyd edək ki, Bu gün səhər saatlarından başlayaraq Astanada güclü qar yağmağa başlayıb. Güclü külək yollarda vəziyyəti daha da çətinləşdirib. Məktəblərdə səhər növbəsində təhsil alan 1-11 siniflərin dərsləri təxirə salınıb.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB