Rauf Zeyni: "Risklərin Azaldılması Proqramı ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir" - MÜNASİBƏT
Regionlarda və bölgələrdə risklərin azaldılması ilə bağlı olan bu proqrama 168 ölkə qoşulub. Bu barədə SİA-ya açıqlamasında Milli QHT Forumunun prezidenti Rauf Zeyni deyib. O qeyd edib ki, BMT-nin və Fövqaladə Hallar Nazirliyinin birgə fəaliyyəti, o cümlədən QHT-lərin də cəlb olunması gələcəkdə hər hansı bir risklərin və zərərlərin azaldılması yönümündə çox əhəmiyyət kəsb edən hadisədir: "Biz QHT-lər olaraq bu kimi proqramların ölkəmiz üçün, gələcəyimiz üçün çox yararlı və əhəmiyyət kəsb etdiyini bildirmək istəyirik. Milli QHT Forumu bu kimi layihələrdə daima yer alıb və almaqda davam edəcəkdir. Qeyd edim ki, bu təşkilatın fəaliyyəti göz qabağındadır. Bir çox ölkələrdə fəaliyyət göstəriblər"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB