Müşviq Ələsgərli: "Səs" qəzeti şərəfli yol keçib"

Müşviq Ələsgərli: "Səs" qəzeti şərəfli yol keçib"

"Səs" qəzeti Azərbaycanın ilk müstəqil KİV-lərindən biridir". Bunu "SİA"ya açıqlamasında Jurnalist Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli bildirib.

Onun sözlərinə görə, "Səs" qəzeti Azərbaycanın müstəqilliyinin yaşıdı, müstəqillik mübarizəsinin şahidi və müstəqilliyin qurucularındandır: "Bu baxımdan, "Səs"in yolu şərəfli və dəyərli bir yoldur. "Səs" həm də peşəkarlaşmağı və institutlaşmağı bacarmış az saylı KİV-lərdən biridir. Qəzetin kollektivi media sahəsində bir sıra ilklərə imza atmağı bacarıb. Ölkədə ilk internet TV-ni qurmaq da bu kollektivə nəsib olub. Arzu edirəm ki, "Səs"in fəaliyyəti uzunömürlü olsun və Azərbaycan auditoriyasını yeni nailiyyətlərlə sevindirsin".

Bütün xəbərlər Facebook səhifəmizdə