Bakutime.az fəaliyyətə başladı

Artıq bu gündən Azərbaycan mətbuatında daha bir xəbər saytı bakutime.az fəaliyyətə başlayıb. Bu barədə xalq.az-a Zaur Mirzə-zadə məlumat verib.

O bildirib ki, yeni yaradılmış portal rus dilində fəaliyyət göstərəcək. Saytda ölkənin bir neçə peşəkar jurnalisti çalışacaq. Həmçinin tələbələrə də portaldakı jurnalistlərin təcrübəsindən yararlanmaq imkanı yaradılacaq. Xəbər portalının məqsədi oxucuları dolğun, obyektiv, qərəzsiz xəbərlərlə təmin etməkdir. Əsas məqsədimiz Ermənistanın işğalçı siyasəti barədə rusdilli oxuculara məlumat verməkdir. Bununla yanaşı, dünyada və ölkədə baş verən hadisələrlə bağlı müntəzəm olaraq analitik yazılar da dərc olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə