Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib. SİA-nın xəbərinə görə, iclasda ilk olaraq Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin 2017-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında bölmənin akademik-katibi, akademik Nazim Məmmədov məruzə ilə çıxış edib.
Akademik bildirib ki, hesabat ilində bölmənin müəssisələrində 18 problemə aid 82 mövzu üzrə 323 tədqiqat işi aparılıb: “12 mövzu və 146 iş artıq tamamlanıb. Bölmə üzrə patent üçün 17 iddia sənədi verilib və 6-sı xaricdə olmaqla 16 patent alınıb”.
2017-ci ildə alimlərin 1061 məqaləsinin dərc olunduğunu vurğulayan N. Məmmədov onlardan 462-nin Scopus və Thomson Reuters bazalarına daxil olan impakt faktorlu jurnal və konfrans materiallarında yer aldığını qeyd edib.
Akademik əməkdaşların əsərlərinə 9956 istinad olunduğunu bildirib: "Seysmodayanıqlığın və texniki vəziyyətin monitorinqi üçün informasiya sistemi Bakıxanov küçəsində yerləşən və hazırda istismarda olan körpünün gövdəsində quraşdırılıb".
Məruzə dinlənildikdən sonra müzakirə aparılıb və hesabat təsdiq olunub. Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi üzrə mühüm nəticələr Akademiyanın illik hesabatına daxil edilib.
İclasda AMEA-nın Botanika İnstitutunun Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında qərar qəbul olunub.
Rəyasət Heyətinin digər qərarları ilə AMEA-nın Zoologiya İnstitutunun doktorantı Nərmin Beydizadə Rumıniyanın Babeş-Bolyai Universitetinə ezam edilib, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov Beynəlxalq Türk Akademiyasının təsis etdiyi "Atalar mirası" Ensiklopedik Multimedia Fondunun koordinatoru vəzifəsinə təyin olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB