Bu gün I Dünya Türk Forumu öz işinə başlayacaq

Bu gün I Dünya Türk Forumu öz işinə başlayacaq
Bu gün Türk Asiya Strateji Araşdırmalar Mərkəzinin (TASAN) təşkilatçılığı ilə I Dünya Türk Forumu keçiriləcək. SİA-nın məlumatına görə, forumda 60 ölkədən Türk Diasporlarının nümayəndələri, millət vəkilləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcək.

Forumda həmçinin Azərbaycanda təmsil olunacaq. Belə ki, ölkəmizdən millət vəkili Qənirə Paşayeva və Türkdilli ölkələrin Parlament Assambleyasının baş katibi Ramil Həsənov iştirak edəcək. Q. Paşayeva müzakirə olunan məsələlərə münasibət bildirəcək, tədbir iştirakçılarına Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti, Xocalı soyqırımı barədə ətraflı məlumat verəcək.

Xatırladaq ki, forumun açılış mərasimində Türkiyə Respublikasının baş naziri Rəcəb Tayyib Ərdoğanın, Türk Dövlətləri Əməkdaşlıq Şurasının baş katibi səfir Halil Akıncının,Türkiyə Prezident Administrasiyasının baş katibi Mustafa İsenin iştirakı və çıxışları nəzərdə tutulur. Həmçinin TürkPA baş katibi Ramil Həsənovda forumun açılışında çıxış edəcək.

Qeyd edək ki, forum oktyabrın 23-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə