Avstriyalı alpinist: "Alpinistlərin üzərində xüsusi cihazlar olsaydı..." - VİDEO
Quba rayonda dağlıq ərazidə itkin düşmüş “Gilavar” idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatov, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışı ilə əlaqədar yaradılan qərargahda əməliyyat müşavirəsi keçirilib.
SİA-nın məlumatına görə müşavirəyə avstriyalı alpinist Avstriya DİN-in dağ-xilasetmə polisi Adolf Harrer də qatılıb. O bildirib ki, alpinistlərin üzərində xüsusi cihazlar olsaydı, onları tapmaq asan olardı. O vurğulayıb ki, axtarış-xilasetmə xidmətinin əməkdaşları itkin düşən üç alpinistin tapılması üçün əllərindən gələni edirlər, lakin təxmin edilən ərazidə qar uçqunları və hava şəraitinə görə axtarış aparmaq çox risklidir: "Biz yalnız təxmin edə bilərik ki, onlar hansı istiqamətdə hərəkət ediblər. Alpinistlər əslində Tufandağa çıxmaq istəyiblər, lakin hava şəraitinə görə marşrutu dəyişiblər. Havanın pisləşməsi nəticəsində müvəqqəti düşərgə qurublar. Səhəri gün də hava yaxşılaşmadığı üçün Tufandağa getdikləri istiqaməti müəyyənləşdirmək mümkün olmayıb. Onların üzərində xüsusi cihazlar olmalı idi. Həmin avadanlıqlar üzərlərində olsaydı, onları tapmaq asan olardı”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB