İnformasiya Texnologiyaları İnstitutunun direktoru beynəlxalq elmi konfransda iştirak edəcək
24-27 oktyabr tarixlərdə Cənubi Afrika Respublikasının Keyp-Taun şəhərində keçiriləcək CODATA Beynəlxalq qurumunun "Cəmiyyət üçün elmi informasiya: Bu gündən gələcəyə" mövzusu üzrə 22-ci elmi konfrans keçiriləcək. SİA-nın xəbərinə görə, bu konfransda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev iştirak edəcək.
Konfransda e-elm, qrid texnologiyaları, elmi məlumatların mübadiləsi, paylanması, sosial şəbəkələr və s. mövzularda müzakirələr aparılacaq. Tədbirdə prof. R.Əliquliyev "Azərbaycanda elektron-elm: mövcud vəziyyət və inkişaf perspektivləri" adlı məruzə ilə çıxış edəcək. Alim ölkəmizdə elmin inkişafı üzrə milli strategiyanın həyata keçirilməsi və Azərbaycan elminin beynəlxalq intellektual mühitə inteqrasiyasının təmin olunmasını sürətləndirmək məqsədlərinə xidmət edən "Elektron elm" proqramı çərçivəsində həyata keçirilən işlər, AMEA İnformasiya Texnologiyaları İnstitutunda aparılan araşdırmalar, əldə olunan nəticələr, problemlər və onların həlli yolları, perspektivlər haqqında geniş məlumat verəcək.
Qeyd edək ki, e-elm problemləri ilə məşğul olan CODATA (Committee on Data for Science and Technology) 1966-cı ildə təsis edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB