Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsinin bir qrup əməkdaşı Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün müdafiə olunmasında rəşadət göstərən Milli Qəhrəman Mübariz İbrahimovun Biləsuvar rayonunun Əliabad kəndindəki evini ziyarət ediblər. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, şəhidin atası Ağakərim İbrahimov Mübariz İbrahimovun keçdiyi qisa, lakin şərəfli ömür yolundan söhbət açıb.
Qeyd olunub ki, Mübariz İbrahimov hər zaman vətəni Azərbaycanı canından artıq sevib. ARDNŞ-nin Ekologiya İdarəsinin əməkdaşları şəhidin ailə üzvlərinə səbr diliyərək Mübariz İbrahimovun keçdiyi igidlik və cəsarət yolunun hər bir Azərbaycan vətəndaşına nümunə olduğunu vurğulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB