Şərqşünaslıq İnstitutunda Tacik dili və Mədəniyyəti Mərkəzi açılacaq
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda Tacik dili və Mədəniyyəti Mərkəzi açılacaq. Bununla bağlı Tacikistanın Azərbaycandakı səfiri Rustam Solinin institutun direktoru, Milli Məclisin deputatı, akademik Gövhər Baxşəliyeva ilə görüşündə müzakirələr aparılıb.
İnstitutun məlumatında deyilir ki, görüşdə Azərbaycan ilə Tacikistan arasındakı əlaqələrdən söz açılıb. G.Baxşəliyeva qonağa institutda aparılan elmi tədqiqat istiqamətləri barədə məlumat verib. Görüşdə, həmçinin Şərqşünaslıq İnstitutunun Tacikistan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu ilə elmi əlaqələrinin qurulmasının perspektivlərindən də söz açılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB