AMEA-nın Milli Azərbaycan Tarix Muzeyinə tarixi əhəmiyyətə malik yeni materiallar daxil olub. AMEA-dan SİA-ya verilən xəbərə görə, bu, XIX əsrin sonu – XX əsrin əvvəllərinə aid olan qızıl işləməli asma “Quran qabı” və qızıl zəncir boyunbağıdır.
“Quran qabı” Bakı şəhər sakininə məxsus olub, çəkisi 58,85 qr.-dır. Qızıl zəncir boyunbağının çəkisi isə 42 qr.-dır. Qızıl əşyalar muzeyin Xüsusi Fonduna təhvil verilib.
Bu qiymətli metallar ölkəmizdə XIX-XX əsrin əvvəllərində zərgərliyin yüksək səviyyədə inkişaf etməsinin bariz nümunəsidir. Həmçinin Azərbaycanın o dövr etnoqrafiyasının tədqiqi sahəsində mühüm əhəmiyyətə malikdir.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB