Azərbaycanda heyvanlar arasında müalicə-profilaktik və epizootik tədbirlərin görülməsinə başlanılıb FOTO
Azərbaycanda heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı aparılan profilaktik tədbirlərin səmərəliliyini və effektivliyini təmin etmək məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyinin (KTN) təsdiq etdiyi “Epizootik tədbirlər planı”na uyğun olaraq, 2018-ci ilin müalicə-profilaktik və epizootik tədbirlərin aparılmasına start verilib.
Nazirlik yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən (DBNX) SİA-ya verilən məlumata görə, bu günlərdə ölkə ərazisində iribuynuzlu, donuz və təkdırnaqlı heyvanlar arasında qarayara xəstəliyinə, ev itləri arasında quduzluq xəstəliyinə, quşlar arasında nyukasl xəstəliyinə qarşı peyvəndləmə, iribuynuzlu heyvanlar arasında bruselyoza görə serioliji müayinələrin aparılmasına başlanılıb.
Bununla əlaqədar DBNX-nin, eləcə də Epizootiya və Zoonoz xəstəliklər Əleyhinə Respublika Ekspedisiyasının baytarlıq mütəxəssisləri əməli köməklik və tövsiyə məqsədi ilə rayonlara ezam olunub. Ölkədə epizootik tədbirlərin aparılması və “soyuq zəncir” rejiminə riayət olunması üçün rayon (şəhər) baytarlıq idarələri lazımi ləvazimat və avadanlıqlarla təmin ediliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB