Banklara borcu olan şəxs dövlət sərhədini pozmağa çalışdı FOTO

Banklara borcu olan şəxs dövlət sərhədini pozmağa çalışdı FOTO

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları axtarışda olan və ya cinayət törədərək digər ölkə ərazisində gizlənmək məqsədilə dövlət sərhədini keçməyə cəhd edən şəxslərin aşkarlanması istiqamətində uğurlu fəaliyyəti davam etdirir.

DSX-nin mətbuat mərkəzindən SİA-ya bildiriblər ki, yanvarın 5-də Azərbaycan Respublikası vətəndaşı, 1980-cı il təvəllüdlü İlqar Rəftar oğlu İsgəndərov Qusar rayonunun Samur qəsəbəsində yerləşən sərhəd zastavasının xidməti ərazisindən dövlət sərhədini pozaraq Rusiyaya keçməyə cəhd göstərərkən sərhədçilər tərəfindən saxlanılıb.

Aparılmış ilkin araşdırma nəticəsində saxlanılan şəxsin müxtəlif banklara borcu olduğuna görə məhkəmə qərarı ilə ölkədən çıxışının qadağan olunması və bu səbəbdən onun ölkə ərazisini qeyri-qanuni yolla tərk etməyə cəhd göstərməsi müəyyənləşdirilib.

Hazırda fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə