"Qaçqın və məcburi köçkün gənclər üçün karyera quruculuğunda İKT-nin yeri" mövzusunda seminarlar keçiriləcək

"Qaçqın və məcburi köçkün gənclər üçün karyera quruculuğunda İKT-nin yeri" mövzusunda seminarlar keçiriləcək
"Gəncliyin Səsi" Maarifləndirmə İcitimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Bakı şəhərində "Karyera quruculuğunda informasiya kommunikasiya texnologiyalarının yeri mövzusunda qaçqın və məcburi köçkün gəncləri üçün seminarlar" adlı layihə icra edir. Bu barədə SİA-ya layihənin koordinatoru Babək Qarayev məlumat verib. O bildirib ki, layihənin məqsədi fəaliyyət müddətində qaçqın və məcburi köçkün həyatı yaşayan gənclərinn karyera quruculuğu fəaliyyətini istiqamətləndirmək və bu sahədə müasir informasiya cəmiyyətinin imkanlarından istifadəni təbliğ etməkdir.

Layihənin Bakıda yerləşən 3 qaçqın və məcburi köçkün məktəbində icra olunacağını deyən B.Qarayev vurğulayıb ki, bu çərçivədə hər məktəbdə 2 günlük seminarlar həyata keçiriləcək.

"Layihə çərçivəsində qaçqın və məcburi köçkün həyatı yaşayan gəncləri informasiya və komunikasiya texnologiyalarının üstünlükləri, qaçqın və məcburi köçkün həyatı yaşayan gəncləri karyera quruculuğunda informasiya və komunikasiya texnologiyaları yeri haqqında maarifləndirmək, qaçqın və məcburi köçkün həyatı yaşayan gəncləri həmyaşıddan həmyaşıda prinsipi əsasında informasiya ilə təmin etmək, qaçqın və məcburi köçkün həyatı yaşayan gənclərin karyera quruculuğu istiqamətində ilkin bilikləri əldə etməsini təmin etmək, qaçqın və məcburi köçkün həyatı yaşayan gənclərin karyera quruculuğunda qarşılacaqları problemlərdən çıxış yolunu praktikada onlara nümayiş etdirmək kimi fəaliyyət növləri həyata keçiriləcək. Seminarların mövzuları CV formaları, iş müsahibəsi zamanı davranış, iş axtarışı sistemləri, işəgötürənin tələblərindən ibarət olacaq. Bu mövzular ilkin versiyadır və təlimçilər tərəfindən daha geniş şəkildə çatdırılması həyata keçiriləcək. Qaçqın və məcburi köçkün gənclər, yerli icra hakimiyyət orqanlarının, yerli özünüidarə orqanlarının nümayəndələri, KİV nümayəndələri layihənin gedişindən faydalanacaqlar", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə