Çaylarda suyun səviyyəsi dəyişdi

Çaylarda suyun səviyyəsi dəyişdi

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən xəbərə görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 140-150, Kiçik Qafqazın çaylarında 180-220, Lənkəran-Astara bölgəsi çaylarında 120, Naxçıvan MR çaylarında isə 220 faizini təşkil edir.

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 211 m3/s olmaqla ongünlük normanın 129 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 147 m3/s olmaqla ongünlük normanın 90 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 70 m3/s olmaqla, ongünlük normanın 99 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 53 m3/s təşkil edərək ongünlük normanın 75 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 6, Şirvanda 8, Salyanda və Araz çayının Novruzlu məntəqəsində 4 sm artıb, lakin Bankə məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 394 sm (2017-ci il yanvarın 05-də 468 sm), Şirvanda 267 sm (2017-ci il yanvarın 05-də 377 sm), Salyanda 227 sm (2017-ci il yanvarın 05-də 331 sm), Bankədə 213 sm (2017-ci il yanvarın 05-də 251 sm), Araz çayının Novruzlu məntəqəsində isə 127 sm (2017-ci il yanvarın 05-də 188 sm) təşkil edir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə