Bu il Sumqayıtda və Qaradağda 2 günəş elektrik stansiyası istifadəyə veriləcək

Bu il Sumqayıtda və Qaradağda 2 günəş elektrik stansiyası istifadəyə veriləcək

Cari il ərzində Sumqayıtda və Qaradağ rayonunda günəş elektrik stansiyaları (GES) istifadəyə veriləcək. AZƏRTAC xəbər verir ki, bu 2 günəş elektrik stansiyasının hər birinin gücü 2,8 meqavat olacaq.

Hazırda Azərbaycanda elektrik enerjisinin təxminən 8 faizi alternativ və bərpaolunan enerji mənbələri hesabına istehsal edilir. 2020-ci ilədək alternativ və bərpaolunan enerji mənbələrinin Azərbaycanın ümumi enerji balansındakı payının 20 faizə çatdırılması nəzərdə tutulur. Ölkənin bu sahə üzrə enerji potensialı isə 420 meqavat həcmində müəyyən edilib və buraya təxminən 1 milyard 40 milyon manat investisiyanın sərf olunması planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə