Müxalifətçi atanın alimentdən yayınmasının maraqlı səbəbi

Müxalifətçi atanın alimentdən yayınmasının maraqlı səbəbi

Bu gün Azərbaycan məhkəmələrində alimentlərin verilməməsi ilə kifayət qədər şikayətlərin olduğunu görürük. Aygün Əmiraslanova da aliment ala bilməyən qadınlardan biridir. SİA-nın redaksiyasına şikayətlə müraciət edən Bakı şəhər sakini Aygün Əmiraslanova bildirib ki, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin qərarı ilə Nurlan Kərimovla birgə nikahdan anadan olan oğlanları Özcan və Elnarın saxlanması üçün hər uşağa 108 manat aliment kəsilib. Lakin cavabdeh şəxs 2015-ci ildə qəbul edilən məhkəmə qərarını yerinə yetirməkdən boyun qaçıraraq, övladları üçün ödənilməsi nəzərdə tutulan alimenti ödəməkdən imtina edir.

A.Əmiraslanova keçmiş həyata yoldaşı Nurlan Kərimovun müxalifər partiyasının üzvü olduğunu və alimenti də bu səbəbdən ödəmədiyini bildirib. Onun sözlərinə görə, həyat yoldaşı A.Əmiraslanovanın başqa partiyaya üzv olduğu üçün alimenti ödəməyəcəyini bildirib.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 306-cı maddəsinə görə məhkəmə qərarının icrasından boyun qaçıran şəxslərin 3 il azadlıqdan məhrum edilməsi, İnzibati Xətalar Məcəlləsində aliment ödənilmədiyi təqdirdə şəxsin inzibati qaydada həbs edilməsi ilə bağlı maddələr, "Uşaq hüquqları haqqında” qanunda uşaqların mənafeyinin üstün tutulması, eləcə də Uşaq Hüquqları Konvensiyasında uşaq hüquqları ilə valideynlərin hüquqlarının toqquşacağı təqdirdə, azyaşlıların hüquqlarına üstünlük verilməsi ilə bağlı tövsiyələr həm də aliment öhdəliyinin yerinə yetirilməsi üçün uşaqların müdafiəsinə yönəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə