Kolbasa və sosis məhsulları təhlükəsi barədə XƏBƏRDARLIQ

Kolbasa və sosis məhsulları təhlükəsi barədə XƏBƏRDARLIQ

Alimlər emal edilmiş ətin xərçəng xəstəlikləri riskinə necə təsir etdiyini təyin ediblər. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Qlazko universitetinin mütəxəssisləri 260 min orta yaşlı qadın üzərində araşdırma aparıblar. Məlum olub ki, hətta gün ərzində doqquz qram ət məhsullunun qəbulu döş xərçəngi xəstəliyinin inkişafı ehtimalını 15 faiz artırır. Bu da həftədə 3 dilim kolbasa və iki sosiskaya bərabərdir.

Qeyd olunub ki, bu təhlükə əsasən emal edilmiş ətə aiddir.

Bundan öncə Ümumdünya Səhiyyə Təşkilatının ekspertləri də gündə 50 qram emal edilmilş ətin qəbulunun n kolorektal şişlərin 18 faiz səviyyəsində artırdığını açıqlamışdılar.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə