Hər il olduğu kimi bu ildə bayram günlərində zəhərlənənlər arasında sərxoşluqla bağlı müraciət edənlərin sayı az olmadı. Belə ki, Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov SİA-ya verdiyi açıqlamasında bildirib ki, dekabrın 31-dən yanvarın 4-dək zəhərlənmələrlə əlaqədar təqdim etdiyi statistikada şöbəyə sərxoşluqla bağlı 7 nəfərin müraciət etdiyini bildirib.
Bəs, zəhərlənmələrə səbəb nədir?
Psixoloqların sözlərinə görə, alkoqolizm, sırf tibbi mənada etil spirtinə aludəçiliklə şərtlənən ən geniş yayılmış toksikomaniyadır.
Alkoqol sərxoşluğu və ya kəskin alkoqol intoksikasiyası etil spirtinin psixotrop təsiri nəticəsində yaranır. İntoksikasiyanın əmələgəlmə və əlamətlərin inkişafı bir çox amillərlə, o cümlədən alkoqolun nazik bağırsaqlardan sorulma sürəti, yəni onun mədədən evakuasiyası tezliyindən asılıdır. Mədədə olan qidanın miqdarı və tərkibi spirtin sorulmasını ləngidir. Alkoqolun tündlüyü, müxtəlif dərman maddələrinin qəbulu alkoqolun sorulma surətinə və onun toksikliyinə təsir göstərir. Qanda spirtin miqdarından asılı olaraq sərxoşluğun dərəcələri fərqli olur. 0,1-0,5 faiz yüngül dərəcə, 0,5-2 faiz orta dərəcə, 2-6 faiz ağır dərəcə, 6 faizdən yuxarı sərxoşluğun ölümlə nəticələnə bilən dərəcəsidir. Ən təhlükəli sərxoşluq dərəcəsi 6 faizdən yuxarı hesab olunur. Belə ki, qanda spirtin konsentrasiyası 6 faizdən çox olduqda xəstədə ağır alkoqol zəhərlənməsi yaranır. Belə ağır zəhərlənmə vəziyyətində xəstəxanaya gətirilən xəstələrdən yalnız üçündən birinin həyatını qorumaq olur.
Aparılan müşahidələr zamanı sərxoşluqdan zəhərlənməyə gətirən digər səbəb spirtli içkilərin normalara uyğun istehsal olunmamasıdır.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev bildirib ki, spirtli içkilərdə etil spirtindən istifadə olunur: “Təmiz içkilər buğda, çuğundur və tərkibində şəkər olan digər bitkilərdən hazırlanmalı olsa da, bəzən onun əvəzinə texniki etil spirtindən istifadə olunur. Bəzən də efir yağlarından istifadə edilən spirtli içkilər satışa çıxarılır. Çox rast gəlinməsə də, tərkibində ağır metallar olan spirtli içkilər də olur ki, bu üç halın hər biri zəhərlənməyə səbəb ola bilər”
“İçkilərdən zəhərlənmə onların düzgün hazırlanmamaları ilə bağlıdır. Gizli yollarla spirtli içki istehsal edən sexlər mövcud olduğundan belə halların olması da qaçılmazdır. Belə məhsullardan istifadə isə ölümlə nəticələnə bilər"- deyə, şöbə müdiri əlavə edib.
Məlumat üçün nəzərtinizə çatdıraq ki, bayram günlərində , Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə 6 nəfər dəm qazından zəhərlənmə ilə müraciət edib ki, onların 4-ü qadın, 2-si kişi olub. Bu müddət ərzində 1 nəfər isə dərmandab zəhərlənib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB