Natiq Məmmədov: “Azərbaycan turizm baxımından maraqlı ölkəyə çevrilsə də, bu sahə üzrə peşəkar kadr potensialı yoxdur”
"Son 7 ildə ölkədə əksəriyyəti daimi olmaqla 9 yüz mindən artıq iş yeri yaradılıb. Son illərdə Azərbaycanın Avropaya inteqrasiyasını nəzərə alaraq peşəkar kadrların yetişdirilməsi zərurəti yaranıb". SİA-nın xəbərinə görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov məlumat verib. O bildirib ki, bu gün peşəkar, ixtisaslı kadrların yetişdirilməsi, peşə standartlarının tətbiqi işəgötürənlər və sahibkarlar üçün çox mühüm məsələdir.
Nazir müavinin sözlərinə görə, hazırda Azərbaycan turizm baxımından maraqlı ölkəyə çevrilib: "Ölkədə müxtəlif otellər, mehmanxanalar tikilərək istifadəyə verilib. Amma bu sahə üzrə peşəkar kadr potensialı yoxdur. Bu gün turizmin ixtisas peşələri aşağı səviyədədədir və orta ixtisas kadrlarının problemi gündəlikdə durur. Bu problemlər isə xarici dil bilməmək və texnologiyalardan istifadə etməməkdən irəli gəlir".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB