Nazir müavini: “Carı ilin 9 ayı ərzində leqal əmək miqrantlarının sayı 7000-dən artıq olub” - MÜNASİBƏT
2008-ci ildə ölkədə 4700 leqal əmək miqrantı olub. SİA-nın xəbərinə görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov məlumat verib. O bildirib ki, həmin vaxtdan sonra leqal əmək miqrantlarının sayı daha da artıb. Nazir müavinin sözlərinə görə, carı ilin 9 ayı ərzində leqal əmək miqrantlarının sayı 7000-dən artıq olub.
N.Məmmədov həmçinin vurğulayıb ki, ötən il Nazirlər Kabinetinin qərarı ilə əmək miqrasiyası sahəsində kvotalar təbiq edilib. Bu vaxta kimi 10700 kvotanın müəyyənləşdiyini deyən nazir müavini qeyd edib ki, bəzi sahələr üzrə kvotalar artıq dolub.
O həmçinin əlavə edib ki, hazırda Azərbaycanda yoxsulluğun səviyyəsi 11%-ə enib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB