Bakıda “Pulpay” şirkətinin terminallarının quraşdırılmasına başlanılıb. Bu barədə SİA-ya şirkətdən məlumat verilib.
Hazırda bu şirkətə məxsus terminalların sayı çox olmasa da, artmaqda davam edəcək. Bu, cari ildə şirkətin planlarına daxildir.
Rayonlarda “Pulpay” terminalları hələlik ancaq Xaçmazda quraşdırılıb. Gələcəkdə onların digər rayonlarda da quraşdırılması nəzərdə tutulur.
“Pulpay” terminalları vasitəsilə kommunal xidmətlər, mobil və stasionar rabitə xidmətləri, internet, kabel televiziyası, sığorta və digər ödəmələri həyata keçirmək mümkün olacaq.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB