"Gözəllik oğrusu" tutuldu
Bakıda gözəllik salonundan oğurluq edən şəxs saxlanılıb. SİA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, yanvarın 1-də  saat 1 radələrində Nəsimi rayonu ərazisindəki gözəllik salonlarından birinə gəlmiş naməlum şəxs kassadan içərisində 5000 manat və müxtəlif kartlar olan pulqabını soyğunçuluq yolu ilə aparıb. Aparılam əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən Ağdam rayon sakini Ağadadaş Ağayev Nəsimi RPİ Post Patrul Xidməti Bölüyü və Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. 

Bütün xəbərlər Facebook səhifəmizdə