Azərbaycan ərazisində növbəti iki gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb. SİA xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, hazırda ölkədə müşahidə olunan qeyri-sabit hava şəraiti yanvarın 3-ü gündüz saatlarınadək davam edəcək. Yanvar ayının 1-i və 2-sində bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağıb. Yağıntı bəzi yerlərdə intensiv xarakterli olub və yağan qar nəticəsində qar ötüyü əmələ gəlib. Belə hava şəraiti bu gün, yəni yanvarın 2-sində də gün ərzində davam edəcək. Lakin yanvarın 3-ü gündüz saatlarından artıq yağıntının tədricən kəsiləcəyi və gün ərzində əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Hazırda şimal-qərb küləyi əsir. Külək yanvarın 3-də gündüz saatlarından tədricən mülayimləşəcək və ayın 4-də mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.
Yanvar ayının 3-ü gündüzdən başlayaraq ayın 4-ündə də ölkə ərazisində havanın nisbətən sabit keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 7-9, bölgələrdə 6-10, dağlıq ərazilərdə isə 3-6 dərəcə isti təşkil edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB