Cocuq Mərcanlı sakinləri 24 ildən sonra ilk dəfə olaraq öz ata-baba torpaqlarında Yeni il bayramını qeyd edirlər. Uğurlu aprel döyuşlərindən sonra öz dogma kəndlərinə qayıdan ailələr Yeni ilin onlara uğur gətirəcəklərinə inanırlar.
24 il sonra onlar yenidən dogma yurdlarında Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni ilin gəlişini qarşılamaq Cocuq Mərcanlı sakinlərinin həyəcanını bir az da artırıb.
Bayram günü "Xəzər" telviziyasının əməkdaşları Cocuq Mərcanlıda Məmmədovlar ailəsinin evində olub. Bayram sevincini bölüşən bu ailə də digər məcburi köçkünlər kimi uzun sürən həsrətin sona çatdığını deyirlər.
Ailə başcısı Taleh Məmmədovun sözlərinə görə, dədə-babalarının əmanət etdikləri torpaqlarda bu axşam ocaqlar qalanacaq, qazanlar qaynayacaq, sevinc səsləri eşidiləcək.
Ailənin digər üzvü Vüsalə Qəhramanova isə bildirir ki, insanın öz evində, öz yurdunda bayram keçirməsi böyük zövqdür. Cocuq Mərcanlıdan 8 yaşı olanda köçkün düşən qadın müxtəlif rayonlarda məskunlaşmalı olub. Qayıdışın başladığını görən kimi doğma kəndinə qayıdıb.
Evin balacaları da bayramı məhz dogma ocaqlarında keçirdiklərinə görə çox sevincli olduqlarını bildirirlər.
Yenidən qurulan kənddə hələ ki, 50 ev istifadəyə verilib. Yaxın günlərdə daha 100 ailənin köçürülməsinə başlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB