“Sovetski”də II köçürmə prosesi başlandı

“Sovetski”də II köçürmə prosesi başlandı

Paytaxtın "Sovetksi" kimi tanınan ərazisində qəzalı vəziyyətdə olan və istismar müddətini başa vurmuş tikililər söküləcək. Görüləcək işlər barəsində Yasamal rayon icra başçısının müavini və köçürmə üzrə işçi komisyasının sədri Səməd İslamov məlumat verib. O, 2-ci mərhələ çərçivəsində köçürüləcək ünvanları da açıqlayıb.

Səməd İslamovun verdiyi məlumata görə, işlərə gələn aydan başlanılacaq və ərazi abadlaşdırılacaq.

Qeyd edək ki, "Sovetskidə" abadlaşdırma işlərinin birinci mərhələsi 26 hektarlıq sahəni əhatə etmişdi və burada 4300 ev və obyekt sökülmüşdü.

Bütün xəbərlər Facebook səhifəmizdə