Bakıya uçan təyyarə təcili eniş edib

Bakıya uçan təyyarə təcili eniş edib

"Aeroflot" aviaşirkətinə məxsus Moskva-Bakı təyyarəsi Volqoqrad şəhərinə təcili eniş edib. Məlumata görə, bu barədə Volqoqrad aeroportunun nümayəndəsi Yaroslav Zimin deyib.

Onun sözlərinə görə, təyyarənin təcili enişinə səbəb ağciyər xərçəngindən əziyyət çəkən sərnişində təzyiqin qalxması olub. Hazırda həkimlərin təyyarənin bortunda sərnişinə lazımi yardım göstərdiyi bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə