Bakı Humanitar Kollecində Həmrəylik Günü qeyd olunub

Bakı Humanitar Kollecində Həmrəylik Günü qeyd olunub

Bakı Humanitar Kollecində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib. Tədbirdə kollec direktorunun müavini Rasim Rzaxanov təhsil ocağında qazanılan nailiyyətlərindən danışıb, əlamətdar günlər münasibətilə müəllim və tələbələri təbrik edib.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsində ulu öndər Heydər Əliyevin tarixi xidmətlərini vurğulayıb. O, milli birliyin, həmrəyliyin əhəmiyyətindən danışıb.

Tədbirdə bir qrup müəllim və tələbəyə Binəqədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərmanlar təqdim edilib.

Sonra maraqlı konsert proqramı nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə