Suraxanıda aztəminatlı ailələrindən olan uşaqlara bayram sovqatı paylanılıb

Suraxanıda aztəminatlı ailələrindən olan uşaqlara bayram sovqatı paylanılıb

Bu gün YAP Suraxanı rayon təşkilatının qadınlar şurasının təşəbbüsülə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il ərəfəsində rayonun aztəminatlı ailələrindən olan bir qrup uşağa bayram sovqatları paylanılıb.

Bayram münasibətilə aztəminatlı ailələrdən olan uşaqları təbrik edib, onlara cansağlığı və uzun ömür arzulayıblar. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkədə həyata keçirilən sosial siyasətin əhalinin sosial müdafiəsinə, xüsusilə də aztəminatlı ailələrin həyat səviyyəsinin yüksəldilməsinə geniş imkanlar yaradıb. Belə ki, əhalinin aztəminatlı hissəsinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ünvanlı sosial yardım proqramlarının məqsədyönlü tətbiqi nəticəsində ölkəmizdə yoxsulluq səviyyəsinin azaldılmasına müsbət təsir göstərib.

Rayon təşkilatının qadınlar şurası tərəfindən aztəminatlı ailələrə bayram sovqatları paylanılıb.

Bayram sovqatı alan ailələr uşaqlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə dərin təşəkkürlərini bildiriblər.

Beləliklə, qarşıdan gələn bayramlar ərəfəsində daha bir xeyirxah aksiya baş tutub və layihənin əhatə etdiyi hər bir şəxsə sovqatlarla yanaşı, bayram əhval-ruhiyyəsi də bəxş edilib.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə