Jalə Rzabəyli: “Leyla Əliyeva incə ruhu, həssaslığı ilə ürəkləri fəth edir”
“Gözəl ürək hər kəsə nəsib olmur. Yaradıcılıq qabiliyyəti, istedad Allahın yalnız öz sevib-seçdiyi bəndələrinə bəxş etdiyi nemətdir. Belə insanların qiymətini bilmək, onlara hörmətlə yanaşmaq lazımdır. Gözəl qəlbə sahib olan Leyla xanım Əliyeva öz səmimi davranışları ilə böyük rəğbət qazanır. İştirak etdiyimiz tədbirlərdə, gənclərlə bağlı olan çoxsaylı layihələrdə daim bunun şahidi oluruq.
Prezident ailəsinə mənsub olan bir xanımın bu qədər mehriban, gülərüz olması, mərhəmətli bir qəlbə sahib olması alqışalayiqdir. Eyni zamanda, Leyla xanımın özünəməxsus poeziya dünyası, sehirli fırçası və mərhəmətli qəlbi var. Bu isə Onun daxili aləmindən, duyarlı insan olmasından xəbər verir...
Baş redaktoru olduğum “Sport Time” jurnalına göstərdiyi diqqət isə yaradıcı ruhunun incəliyindən, zəhmətə verdiyi dəyərdən xəbər verir. Onu da qeyd edək ki, Leyla Əliyeva idmana daim qiqqətlə yanaşır. O, idmana olan sevgisi ilə də idmansevərlərin rəğbətini qazanıb.
Bununla yanaşı, Leyla xanım təhsilə, ekologiyaya, köməyə ehtiyacı olan uşaqlara, sahibsiz heyvanlara və s. bunun kimi çoxşaxəli yaradıcılıq işlərinə də qayğı ilə yanaşır. Bu qədər fərqli istiqamətə rəhbərlik etmək böyük ürək, istedad tələb edir. Gənc yaşlarında üzərinə götürdüyü çox sayda məsuliyyətli vəzifələrdə Leyla xanım Əliyevaya daim sağlamlıq və ruh yüksəkliyi arzu edirik”.
Bu sözləri “Sport Time” jurnalının baş redaktoru Jalə Rzabəyli SİA-ya verdiyi açıqlamasında bildirib. O, qeyd edib ki, yaradıcı insanlar daim onlara göstərilən diqqət və qayğıdan ilham alırlar. Bu isə yaradıcı layihələrin daha da inkişaf etməsinə şərait yaradır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB