Yasamal rayonunda 50-dən çox nümunəvi məhəllə istifadəyə verilib
Paytaxtın Yasamal rayonunda mərhələli və planlı şəkildə abadlıq-quruculuq işləri həyata keçirilir, mərkəzi küçələrdə, məhəllədaxili yollarda, yaşayış evlərinin fasad və dam örtüklərində, park və meydançalarda, həmçinin, digər sahələrdə yenidənqurma və əsaslı təmir işləri aparılır. Son illərdə 50-dən çox ünvanda nümunəvi məhəllələr yaradılıb. Bunun nəticəsində rayonun ekoloji mühiti xeyli sağlamlaşdırılıb, sakinlərin istirahəti, asudə vaxtlarının səmərəli təşkili üçün əlverişli şərait yaradılıb.
2017-ci ildə “Abad məhəllə” layihəsinin davamı olaraq 3 ünvanda nümunəvi məhəllə yaradılması işlərinə başlanıb. Yeni Yasamal yaşayış massivi-1, 3 və 4 nömrəli, Əsəd Əhmədov küçəsi, 203 və 205a nömrəli yaşayış evlərinin ətrafında abadlıq və yaşıllaşdırma isləri başa çatdırılaraq istifadəyə verilib. Növbəti belə məhəllə 7-ci Sallaqxana küçəsində 7 və 7a nömrəli yaşayış evlərinin ətrafında salınıb. Həmin ünvanda zəbt olunan ərazilər hasarlardan təmizlənib, qanunsuz tikililər ləğv edilib. Burada çəpərlər sökülüb, təmizlik işləri aparılaraq ərazidən tullantılar daşınıb, ağaclar budanıb əraziyə münbit torpaq gətirilərək layihələrə uyğun relyefin planlaşdırma işləri aparılıb. Əyləncə elementləri yerləşdirilmiş uşaq meydançası yaradılıb, uşaqların sevimli çizgi film personajları ilə bağlı banerlər çəkilib. Məhəllədə söhbətgah, idman avadanlığı, oturacaqlar qoyulub, işıqlandırma sistemləri yenilənib, giriş hissələrində pilləkənlər və hərəkət məhdudiyyəti olan sakinlərin istifadəsi üçün panduslar tikilib. Məhəllə sakinlərinin idmanla məşğul olması üçün mini-futbol meydançası istifadəyə verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB