2017-ci ildə avtoqəzaların sayı azalıb

2017-ci ildə avtoqəzaların sayı azalıb

“Cari ildə Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına edilən ümumi müraciətlərin içində bədbəxt hadisələrin sayı 24895 olub ki, onlardan 16734 hadisə zamanı hospitalizasiya həyata keçirilib”. SİA bu barədə Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının təqdim etdiyi hesabata əsasən məlumat verir.

Hesabatda bildirilir ki, bədbəxt hadisələr zamanı xəsarət alanların çox hissəsini travmalar (zədələnmələr) təşkil edir: “Travmalara məişət, nəqliyyat, istehsalat və digər zədələnmələr aiddir. Zədələnmələrin ümumi sayı 20114, hospitalizasiya 12543, bunlardan avtoqəza zamanı xəsarət alanların sayı 2363, hospitalizasiya 2058 olub”.

Statistik rəqəmlərə əsasən 2017-ci il ərzində BŞTTTYS-na nəqliyyat hadisəsi səbəbindən 2363 müraciət daxil olub: “Bu hadisələr nəticəsində 2058 nəfər hospitalizasiya olunub. Ötən ilin analoji dövrü ilə müqayisədə avtoqəzaların sayında azalma müşahidə olunub. Belə ki, 2016-cı il ərzində baş verən 2430 nəqliyyat hadisələri nəticəsində 2122 nəfər hospitalizasiya olunmuşdur. Bu da avtoqəzaların sayında 67, hospitalizasiyada isə 64 halda azalma deməkdir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə