“Kurtlar Vadisi” ekranlara geri dönür

“Kurtlar Vadisi” ekranlara geri dönür

Türkiyənin televiziya tarixində ən uzunömürlü serial olan “Kurtlar Vadisi” ekranlara geri dönür. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə serialın baş qəhrəmanı Necati Şaşmaz açıqlama verib. O, qatıldığı tədbirlərin birində müxbirlərin suallarını cavablandırıb.

“2003-cü ildə yayımlanmağa başlayan “Kurtlar Vadisi” 2018-ci ildə “Kurtlar Vadisi Xaos” olaraq ekranlara geri dönəcək. Fevral ayında izləyicilərin ixtiyarına veriləcək serialın hansı kanalda yayımlanacağını yaxın zamanda açıqlayacağıq. “Kurtlar Vadisi Xaos”da ABŞ, Makedoniya, Əfqanıstan və Myanmada baş verən hadisələr yer alacaq”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə