Yayıma 2007-ci ilİn dekabrın 31-də başlayan cənub bölgəsinin yeganə televiziya kanalı olan “Cənub tv” 19 sentyabr 2016-ci ildən etibarən “ARB Cənub” olaraq fəaliyyətini davam etdirərək bölgənin ictimai-mədəni həyatında əvəzsiz xidmətlər göstərir. Ötən 10 ərzində sevimli televiziya kanalımız özünə geniş tamaşaçı auditoriyası qazanıb. Bu da ondan irəli gəlir ki, ARB Cənub kanalı ölkəmizdə baş verən hadisələrə biganə qalmır. Xüsusən cənub bölgəsinin iqtisadi, sosial, mədəni həyatında baş verən yeniliklərə ciddi önəm verir. Deyərdim ki, aqrar sahə Cənub televiziyasının ən çox işıqlandırdığı sahələrən biridir. Bu mövzuda Televiziya Ölkə başçısının yeritdiyi aqrar siyasətə uyğun olaraq bu sahədə baş verən dirçəlişə, yeniliklərə dərhal reaksiya verməklə kənd adamlarının yanında olur. Onların problemlərini, istəklərini, əldə etdiyi nailiyyətləri çoxsaylı tamaşaçılarına ilkin olaraq çatdırmağa səy göstərir. Bu mövzuda hazırladıqları çoxsaylı rəngarəng verilişləri kənd adamlarının maariflənməsində xüsusi rol oynayır. Televiziya tamaşaçılarına kəndlərimizdə baş verən müsbət dəyişiliklərdən, aqrar sahəyə dövlət dəstəyindən, əldə edilən uğurlardan operativ verilişlər hazırlamaqla aqrar sahənin inkişafında dövlət siyasətinin dəstəkləyir. “Yaşıl çay” fermer təsərrüfatının rəhbəri olaraq bildirmək istəyirəm ki, Cənub televiziyası fəaliyyətə başladığımız ilk günlərdən indiyədək daim yanımızda olub, bizimlə sıx əməkdaşlıq edib, çətinliklərimizi işıqlandırıb, uğurlarımızı birincilər sırasında obyektiv, qərəzsiz və vaxtında ölkə tamaşaçılarına çatdırıb.
Buna görə hamımızın doğma televiziyasına çevrilən “ARB Cənub” televiziya kanalının rəhbərliyini, xüsusən də İsmayıl müəllimi, Pərvanə xanımı, Aygün xanımı, böyük zəhmət çəkən operatorlarını, həmçinin verilişlərin hazırlanmasında əməyi olan digər bütün işçilərini 10 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıram!
İnanıram ki, ötən 10 il ərzində olduğu kimi “ARB Cənub”un bir-birindən maraqlı layihələri 2018-ci ildə də davam edəcək, onlar yenə əvvəlki həvəslə aqrar sahədə baş verən yeniliklərin, əldə edilən uğurların işıqlandırılmasında birincilər sırasında olacaqlar. Uğurlar, “ARB Cənub”!
Araz Yağubov,
“Yaşıl çay” FT MMC-nin direktoru
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB