“Bakılı” klubunda Ü.Hacibəyov adına Bakı Dövlət Konservatoriyası məzunlarının görüşü keçirilib
Oktyabrın 14-də Azərbaycan Səfirliyinin dəstəyi ilə AAKM və "Bakılı" klubunun birgə təşkil etdikləri Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının məzunlarının görüşü keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən SİA-ya verilən məlumata görə, görüş Azərbaycanın dahi bəstəkarı, Azərbaycan professional musiqisinin banisi, görkəmli ictimai xadim, musiqişünas, alim və pedaqoq Üzeyir Hacıbəyovun anadan olmasının 125 illik yubileyinə həsr olunub. Tədbirə Konservatoriyanın məzunları ilə yanaşı müxtəlif millətlərdən olan bakılılar da toplaşıblar.
"Bakılı" klubunun sədri Elmira Əşrəfova mərasimi açıq elan edərək qonaqları salamlayıb, və tədbir iştirakçılarını proqram ilə tanış edib. Daha sonra Elmira Əşrəfova Ü.Hacıbəyov haqda qısa şəkildə fikirlərini ilə paylaşıb.
AAKM-nin icraçı direktoru Samira Patzer-İsmailova Ü.Hacıbəyovun Azərbaycan musiqi mədəniyyətində rolu və əhəmiyyəti haqda məruzə edib.Çıxışlardan sonra Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının məzunları öz xatirələrini ilə bölüşüblər.
Axşam musiqi hissəsi ilə davam edib. Həmyerlimiz müğənni Alina Kərimova Azərbaycan bəstəkarlarının romanslarını azərbaycan dilində böyük məharətlə ifa edib. Musiqi proqramının zirvəsi müğənni tərəfindən ifa olunan "Sarı gəlin" Azərbaycan xalq mahnısı olub. Dərin ehtirasla oxunan mahnı bakılıların qəlbində həsrət hissləri oyadıb.
Tədbir Azərbaycan mətbəxinin ləziz yeməkləri ilə bəzənmiş şam süfrəsi ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB