Naxçıvan Ağsaqqallar Şurasının konfransı keçirilib

Naxçıvan Ağsaqqallar Şurasının konfransı keçirilib

Naxçıvan Muxtar Respublikası Ağsaqqallar Şurasının konfransı keçirilib. Muxtar Respublika Ağsaqqallar Şurasının Nəzarət-Təftiş Komissiyasının sədri Sultan İsmayılovun sədrlik etdiyi konfransın gündəliyi təsdiq edildikdən sonra hesabat məruzəsi dinlənilib.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sаyəsində bütün sаhələrdə yüksək nаiliyyətlər qаzаnılıb. Qаzаnılan nаiliyyətlər muхtаr rеspublikаdа аğsаqqаllаrın, аhıl vətəndаşlаrın sоsiаl vəziyyətinin əhəmiyyətli dərəcədə yахşılаşmаsınа səbəb оlub. Ağsаqqаllаr, аhıl vətəndаşlаr hər cür dövlət qаyğısı ilə əhаtə оlunublar.

Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ağsaqqallar Şurası muxtar respublikada sosial-iqtisadi sahələrdə həyata keçirilən dövlət siyasətini təbliğ edən, ahıl vətəndaşların muxtar respublikanın ictimai-siyasi həyatında fəal iştirakına çalışan ictimai təşkilatdır. Şura hesabat dövründə fəaliyyətini bu istiqamətdə qurub, muxtar respublikada aparılan quruculuq işlərinin, əldə olunan inkişafın əsas təbliğatçısı olub, milli və mənəvi dəyərlərimizin qorunması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində tədbirlər keçirib.

Hesabat məruzəsi ətrafında müzakirələrdə Kəngərli Rayon Ağsaqqallar Şurasının sədri Nahas Səfərovun və Sədərək Rayon Ağsaqqallar Şurasının sədri Əkbər Kərimovun çıxışları dinlənilib. Hesabat məruzəsi və çıxışlarda muxtar respublikada aparılan tikinti-quruculuq işlərinə, əldə olunan inkişafa, həmçinin ağsaqqallara göstərilən qayğıya görə ağsaqqallar adından Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə minnətdarlıq edilib.

Sonra Naxçıvan Muxtar Respublikası Ağsaqqallar Şurasının Nizamnaməsi oxunub və səsə qoyularaq yekdilliklə qəbul olunub.

Konfransda İdarə Heyətinin 5 nəfərdən ibarət yeni tərkibi seçilib. Məmməd Məmmədovun Naxçıvan Muxtar Respublikası Ağsaqqallar Şurasının sədri vəzifəsinə namizədliyi irəli sürülüb və təklif səsə qoyularaq qəbul edilib.

Məmməd Məmmədov göstərilən etimada görə minnətdarlığını bildirərək qeyd edib ki, fəaliyyətini günün tələbləri səviyyəsində quracaq, gənc nəsillə bağlı işə diqqəti artıracaq, vətənpərvər gəncliyin yetişməsi, milli dəyərlərin, adət-ənənələrin yaşadılması istiqamətində tədbirlər keçirəcək.

Konfransda Ağsaqqallar Şurasının Nəzarət-Təftiş Komissiyasının yeni tərkibi də müəyyənləşib. Komissiyanın üzvlüyünə namizədlər səsə qoyulub və qəbul olunub. Sultan İsmayılov Nəzarət-Təftiş Komissiyasının sədri seçilib. Müzakirə olunan məsələlərlə əlaqədar hazırlanmış qərar layihəsi oxunub və səs çoxluğu ilə qəbul edilib.

Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxış edərək Naxçıvan Muxtar Respublikası Ağsaqqallar Şurasının sədrini, İdarə Heyətini və Nəzarət-Təftiş Komissiyasına yeni seçilən üzvlərini təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində Ağsaqqallar Şurasının fəaliyyəti üçün zəruri iş şəraiti yaradılıb, ağsaqqalların sanatoriya və müalicə mərkəzlərinə göndərilməsi, pensiya və müavinətlərinin vaxtlı-vaxtında ödənilməsi, xüsusi imtiyazı olanların avtomobil və mənzillərlə təminatı diqqətdə saxlanılıb, bu istiqamətlərdə bir sıra tədbirlər görülüb. Bununla yanaşı, yaşlı nəslin nümayəndələrinin asudə vaxtlarını səmərəli keçirmələri məqsədilə Naxçıvan şəhərində yerləşən 2 nömrəli Təqaüdçülər Klubu yenidən qurularaq ağsaqqalların istifadəsinə verilib.

Vurğulanıb ki, muxtar respublika ağsaqqalları yaradılan şəraitdən səmərəli istifadə edir, Naxçıvanın sosial-iqtisadi, ictimai və mədəni həyatında yaxından iştirak edir, yeniyetmə və gənclərin Vətənə məhəbbət, milli və mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində müstəsna xidmətlər göstərirlər.

Rəhman Məmmədov Naxçıvan Muxtar Respublikası Ağsaqqallar Şurasının bu sahədə fəaliyyətini daha da gücləndirəcəyinə əminliyini bildirərək, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə