"ASAN xidmət"də 4 gün qeyri-iş günü olacaq

"ASAN xidmət"də 4 gün qeyri-iş günü olacaq

“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində 4 gün qeyri-iş günü olacaq.

ASAN-dan SİA-ya verilən məlumata görə, Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl bayramı ilə əlaqədar 31 dekabr – 3 yanvar tarixlərində “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.

4 yanvardan isə vətəndaşlar “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə