Tbilisidə Cənubi Qafqazda KİV-lərin vəziyyəti müzakirə olunacaq

Tbilisidə Cənubi Qafqazda KİV-lərin vəziyyəti müzakirə olunacaq
Noyabrın 11-12-də Gürcüstan paytaxtında ATƏT-in təşkilatçılığı ilə Cənubi Qafqazda kütləvi informasiya vasitələrinin vəziyyəti üzrə 7-ci konfrans keçiriləcək. SİA-nın ATƏT-in rəsmi saytına istinadən verdiyi xəbərə görə, iki günlük konfransda Gürcüstan, Azərbaycan və Ermənistan nümayəndələri KİV-in inkişaf tendensiyaları, bölgə jurnalistlərinin qarşılaşdığı problemlər və yeni texnologiyaların tətbiqi məsələləri müzakirə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə