YUNESKO və Yaponiya hökuməti tərəfindən birgə həyata keçirilən UNESCO/Keyzo Obuçi layihəsi çərçivəsində növbəti tədqiqat təqaüdləri üzrə müsabiqə elan olunub. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Yaponiya hökuməti ölkənin "İnsan Resursları üzrə İmkanlarının Gücləndirilməsi üzrə Fondu" vasitəsilə Yaponiyanın keçmiş baş naziri Keyzo Obuçinin xatirəsinə hörmət olaraq artıq 11-ci ildir ki, 20 tədqiqat təqaüdü barədə elan edir.
Proqram çərçivəsində əsasən dörd magistr tədqiqatları istiqamətlərinə üstünlük veriləcək:ətraf mühit (xüsusilə, su elmlərinə diqqət veriləcəkdir), mədəniyyətlərarası dialoq, informasiya və kommunikasiya texnologiyaları və münaqişələrin sülh yolu ilə nizamlanması.
Təqaüdlər xarici təhsil müəssisələrində maksimum 9 ay ərzində araşdırma aparan tədqiqatçılara veriləcək. Təqaüdün həcmi 10 min ABŞ dollarından çox olmamalıdır.
Bununla əlaqədar olaraq 40 yaşından yuxarı olmayan magistr dərəcəsinə malik olan namizədlər (qadın namizədlərə üstünlük verilir) müraciət edə bilər. Son müraciət tarixi: 7 dekabr, 2010-cu il.
Əlavə məlumat almaq istəyənlər üçün telefon nömrəsi - 598-07-36 (əlaqələndirici şəxs – Gülnarə Hüseynova).

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB